Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Bəyazsept</i><i style="font-style:normal;color:red;"> (Boğaz spreyi)</i>

Bəyazsept (Boğaz spreyi)

(1172 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    BƏYAZSEPT
    (Məhsulun istifadəsi üzrə təlimat)

    Tərkibi: (18 ml üçün)
    Təsiredici maddələr:
    Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 15 ml
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Bəyazsept - yuxarı tənəffüs yollarının iltihabı zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirən gigiyenik vasitədir.
    Əks göstərişlər:
    Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    0-1.5 yaş uşaqlar: 1 püskürtmə gündə 2 dəfə.
    1.5-4 yaş uşaqlar: 1-2 püskürtmə gündə 3 dəfə.
    5-12 yaş uşaqlar: 2-3 püskürtmə gündə 3 dəfə.
    12+ yaşdan yuxarı uşaqlar və böyüklər: 3-4 püskürtmə gündə 3 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Gigiyenik vasitədir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Məhsul balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, sprey formasında 18 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video