Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Bəyazsept saşe</i><i style="font-style:normal;color:red;"> (Zökəm əleyhinə)</i>

Bəyazsept saşe (Zökəm əleyhinə)

(1135 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    BƏYAZSEPT
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (1 saşe üçün)
    Təsiredici maddələr:
    Vitamin C (L - Askorbin turşusu formasında) – 300 mq
    Ürəkvarı cökə (Tilia cordata) çiçəyinin quru ekstraktı – 20 mq
    Adi qaraqınıq (Origanum vulgare) otunun quru ekstraktı – 20 mq
    It itburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 20 mq
    Köməkçi maddələr:
    Saxaroza (Sucrose), Natrium bikarbonat (Sodium bicarbonate), Limon turşusu (Citric acid), Mentol (Menthol), Maqnezium stearat (Magnesium stearate), Silisium dioksid (Silicon dioxide), Natrium sitrat (Sodium citrate), Maltodekstrin (Maltodextrin), Limon şirəsinin quru konsentratı (Lemon juice dry concentrate).
    Məhsul haqqında məlumat:
    Bəyazsept - Zökəm zamanı orqanizmi bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Bəyazsept 200 ml suya əlavə olunub qarışdırılaraq daxilə qəbul olunur.
    4-14 yaş: 1 saşe gündə 1-2 dəfə.
    14+ uşaqlar və böyüklər: 1 saşe gündə 2-3 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
    hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Bəyazsept saşelər №12 olmaqla, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC. Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    Sifarişçi: Bəyaz Flora MMC, 1016, Aladar u 3-7, Budapeşt, Macarıstan.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video