Qisa Məlumat
Tərkibi: adi dazıotunun otu, adi boymadərən otu, itburnu meyvəsi, solmazçiçək çiçəkləri, İstiotlu nanə yarpağı, qarğıdalı saçağı.
İstifadəsinə göstəriş: Ödqovucu, iltihab əleyhinə, spazmolitik kimi qaraciyər və öd yolları xəstəliklərində (hepatitdə, xolesistitdə, xolangitdə) kompleks müalicədə istifadə edilir. Ödün tərkibini dəyişir, qanda bilirubin və xolesterinin səviyyəsini aşağı salır. Öd daşı və böyrək daşı xəstəliklərində kristalların və kiçik daşların əmələ gəlməsinin qarşısını alır.
Hazırlama qaydası: 2 filtr-paket (3 qr) üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qapaqla örtülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda 45 dəq. ərzində soyudulur, süzülür, qalıq xammal tam sıxılır. Alınan dəmləməyə qaynar su əlavə edib 200 ml-ə çatdırılır. Hazır dəmləmə otaq temperaturunda 2 gündən artıq saxlanılmamalıdır.
İstifadə qaydası: Gündə 4 dəfə 1/2 stəkan yeməkdən 15 dəq. əvvəl daxilə qəbul edilir.
Buraxılış forması: 25 filtr-bağlama.