Qisa Məlumat
Kimyəvi tərkibi: Bostan şüyüdünün meyvələri, əsas komponenti karvon olan efir yağı və piyli yağlarla zəngindir. Bundan başqa kumarinlər, fenil karboksil turşusu; flavonoidlər; qətran; mum; zülal vardır.
İstifadəsinə göstərişlər: Şüyüd meyvəsi həzm fermentlərinin ifrazını artırır, həmçinin spazmolitik, bəlğəmgətirici, ödqovucu, sidikqovucu, sakitləşdirici təsir göstərir; bağırsağın hərəkət fəaliyyətini tənzimləyir; bəzi antibakterial effekti vardır; həmçinin ürəyin tac damarlarına (koronar sistemə) və periferik damarlara damargenişləndirici təsir göstərir.
Metiorizm, qəbizlik, anoreksiya, mədə-bağırsaq sisteminin spastik vəziyyətində, öskürəklə müşayiət olunan tənəffüs yolları xəstəliklərində istifadə olunur.
İstifadə qaydası və dozası: 2 filtr-paket (4,0 qr) üzərinə 200 ml (1 stəkan) qaynar su əlavəedib 15 dəqiqə qaynayan su hamamında dəmlənir. Otaq temperaturunda 45 dəqiqə soyudulur, süzülür.
Gündə 3-4 dəfə, ilıq halda daxilə qəbul olunur: böyüklər və 12 yaşdan yuxarı uşaqlar – 1/3 stəkan.
Dəmləməni istifadə etməzdən əvvəl çalxalamaq lazımdır.
Buraxılış forması: 20 filtr-paket.