Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Gülümbahar çiçəyi</i>

Gülümbahar çiçəyi

(2839 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Bitki xammalı: Calendula officinalis (лат), Dərman gülümbaharı (az.), Hоготки лекарственные, (рус.), Aynısefa (tr.), Marigold (eng.)
    İstifadəsinə göstəriş: Yerli olaraq gülümbahar çiçəklərini udlağın (faringit, laringit) və ağız boşluğunun selikli qışasının( stomatit, qingivit, paradont) itiltihabi xəstəlikləri zamanı böğazı yaxalamaq üçün istifadə olunur.
    Gülümbahar çiçəklərinin dəmləməsini daxilə xora xəstəliyi, eroziv qastritlər, kolitlər, enterokolitlər, həmçinin ödqovucu vasitə kimi istifadə edirlər. Müalicəvi imalələr şəklində proktit və paroproktitlərdə, həmçinin ginekoloji xəstəliklərdə köməkçi vasitə kimi istifadə olunur.
    İstifadə qaydası: 10 qram gülümbahar çiçəkləri (3 xorək qaşığı) emal və ya şüşə qaba yerləşdirilir, üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə olunur, qapağı örtülür və 15-20 dəqiqə dəmlənir, otaq temperaturunda 45 dəq. ərzində soyudulur, süzülür, qalmış xammal sıxılır. Alınmış çıxarışın həcmi qaynanmış su ilə 200 ml çatdırılır. İstifadədən əvvəl dəmləməni çalxalamaq zəruridir!
    Ağız boşluğunu və boğazı yaxalamaq üçün dəmləmənin 1/2–1 stakanı 3-5 dəfə ilıq halda istifadə olunur.
    Böyüklər: daxilə yeməkdən əvvəl, dəmləmənin 1–2 xorək qaşığını 2-3 dəfə gün ərzində istifadə edə bilərlər.
    Lazım olan effekti almaq üçün vasitədən 3-4 həftə, lazım olsa 6 həftə istifadə etmək vacibdir.

    Şərhlər
    Video