Qisa Məlumat
Bitki xammalı: Helichrysum arenarium (лат), Solmazçiçəyi (az.), Бессме́ртник песча́ный (рус.), Altınotu (tr.), Helichrysum arenarium (eng.)
İstifadəsinə göstəriş: Hepatitin kompleks müalicəsində, xroniki xolesistitdə, xolangit, öd çıxarıcı yolların diskineziyasında, ödün tərkibinin dəyişməsi ilə müşayət olunan öddaşı xəstəliyi riski yarandıqda, postxolesistektomiya sindromu.
İstifadə qaydası: 10 qr xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynama həddinə çatdırılır, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə 1/3 stəkan ilıq halda yeməkdən 10 dəq. əvvəl daxilə qəbul edilir.