Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Besedam</i><i style="font-style:normal;color:red;"> (Sakitləşdirici)</i>

Besedam (Sakitləşdirici)

(1867 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    BESEDAM
    Bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) istifadəsi üzrə təlimat

    Tərkibi (30 ml üçün):
    Adi damotu (Leonurus cardiaca) otunun cövhəri (1:10) - 10 ml
    Adi qonaqotu (Passiflora incarnata) otunun cövhəri (1:10) - 5 ml
    Yemişan (Crataegus monogyna) meyvəsinin cövhəri (1:20) - 5 ml
    Dərman pişikotu (Valeriana officinalis) kökünün cövhəri (1:10) - 5 ml
    Dərman bədrənci (Melissa officinalis) yarpağının cövhəri (1:10) - 5 ml
    Məhsul haqqında məlumat:
    BESEDAM – Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    18 yaşdan yuxarı böyüklər: 20 damcı gündə 3 dəfə, su ilə durulaşdıraraq daxilə qəbul etməlidir.
    Tövsiyə edilən sutkalıq doza yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa heç bir əlavə təsir müşahidə olunmayır.
    Xəbərdarlıq:
    BESEDAM məhsulu xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    BFMQƏ normal qidalanmanı əvəz etmir!
    Xəstəlik, dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Buraxılış forması:
    BESEDAM – daxilə qəbul üçün məhlul – damcı 30 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Saxlanma şəraiti:
    25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan
    yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video