Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Dormibest</i><i style="font-style:normal;color:red;">(Sakitləşdirici)</i>

Dormibest(Sakitləşdirici)

(194 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    İnkarnat qonaqotu (Passiflora incarnata) yarpağının quru ekstraktı – 50 mq
    Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı – 50 mq
    Yemişan (Crataegus monogina) meyvəsinin quru ekstraktı – 50 mq
    Dərman bədrənci (Melissa officinalis) yarpağının quru ekstraktı – 50 mq
    Maqnezium (Maqnezium oksid formasında) – 100 mq
    Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 3 mq
    Köməkçi maddələr:
    Qarğıdalı nişastası (Corn starch), Maqnezium stearat (Magnesii stearas), Silisium dioksid
    (Oxidum silicii), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
    Məhsul haqqında məlumat:
    Dormibest - Mərkəzi Sinir Sisteminin (MSS), xüsüsən də beynin fəaliyyətini yaxşılaşdırmaq
    məqsədi ilə qidani bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Dormibest yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
    Böyüklər: 1 kapsul gündə 1 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə
    olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
    hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Dormibest kapsullar № 10 olmaqla 3 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli
    Şərhlər
    Video