Qisa Məlumat
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Beta - Qlukan (Beta - Glucan) – 150 mq
Vitamin A (Retionol palmitat formasında) – 1,5 mq
Vitamin E (Tokoferol asetat formasında) – 50 mq
Vitamin C (L – Askorbin turşusu formasında) – 100 mq
Selen (Natrium selenit formasında) – 70 mkq
Sink (Sink sulfat formasında) – 12 mq
Manqan (Manqan sulfat formasında) – 2 mq
Maqnezium (Maqnezium hidroksid formasında) – 40 mq
Vitamin B1 (Tiamin hidroxlorid formasında) – 2 mq
Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 2,8 mq
Köməkçi maddələr:
Mikrokristallik selüloza (Microcrystalline cellulose), Maqnezium stearat (Magnesii stearas), Silisium
dioksid (Oxidum silicii), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
Məhsul haqqında məlumat:
Biobetkan - Orqanizmdə gedən əsas metabolit prosesləri və immun sisteminin fəaliyyətini
yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-14 yaş uşaqlar: 1 kapsul gündə 1 dəfə.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1-2 kapsul gündə 1 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Biobetkan kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.