Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Koviprem</i><i style="font-style:normal;color:red;"> (Xondroprotektor)</i>

Koviprem (Xondroprotektor)

(1291 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    KOVİPREM
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Qlukozamin sulfat – 300 mq
    Xondrotin sulfat (Chondroitin sulfate) – 100 mq
    Metilsulfonilmetan – 400 mq
    Bosvella (Boswellia serrata) qətranı – 30 mq
    Vitamin D (Xolekalsiferol formasında) – 10 mq
    Hialuron turşusu – 1,75 mq
    Kollagen – 10 mq
    Köməkçi maddələr:
    Mikrokristallik selüloza (Microcrystalline cellulose), Qarğıdalı nişastası (Corn starch), Maqnezium stearat (Magnesii stearas), Silisium dioksid (Oxidum silicii), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
    Məhsul haqqında məlumat:
    Koviprem - Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 1 kapsul gündə 1 dəfə daxilə qəbul etməlidir.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Koviprem kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video