Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Hexem</i><i style="font-style:normal;color:red;"> (Xondroprotektor)</i>

Hexem (Xondroprotektor)

(957 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    HEXEM
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Qlukozamin sulfat – 300 mq
    Xondrotin sulfat (Chondroitin sulfate) – 100 mq
    Metilsulfonilmetan – 400 mq
    Bosvella (Boswellia serrata) qətranı – 30 mq
    Vitamin D (Xolekalsiferol formasında) – 10 mkq
    Hialuron turşusu – 1,75 mq
    Kollagen – 10 mq
    Köməkçi maddələr:
    Mikrokristallik selüloza (Microcrystalline cellulose), Qarğıdalı nişastası (Corn starch), Maqnezium stearat (Magnesii stearas), Silisium dioksid (Oxidum silicii), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
    Məhsul haqqında məlumat:
    Hexem - Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 1 kapsul gündə 1-2 dəfə daxilə qəbul etməlidir.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
    hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Buraxılış forması:
    Hexem kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video