Qisa Məlumat
UROSANİN
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Mərcanı (Vaccinium oxycoccus) meyvəsinin quru ekstraktı – 50 mq
Dərman zəncirotu (Taraxacum officinale) kökünün quru ekstraktı – 50 mq
Çöl qatırquyruğu (Equisetum arvense) otunun quru ekstraktı – 50 mq
Quş qırxbuğumu (Polygonum aviculare) otunun quru ekstraktı – 50 mq
It itburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 50 mq
Sallaq tozağacı (Betula pendula) yarpağının quru ekstraktı – 50 mq
Istiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 50 mq
Qarğıdalı (Zea mays) saçağının quru ekstraktı – 30 mq
Natrium sitrat – 15 mq
Kalium sitrat – 15 mq
Köməkçi maddələr:
Qarğıdalı nişastası (Corn starch), Maqnezium stearat (Magnesii stearas), Silisium dioksid
(Oxydum silicii), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
İstifadəsinə tövsiyələr:
Urosanin məhsulu sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəal maddələrlə zənginləşdirən vasitədir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Urosanin yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
Böyüklər: 1 kapsul gündə 1 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Qeyd: Urosanin məhsulunu 2 həftədən artıq qəbul etmək tövsiyə olunmur. Qəbul kursundan 1 ay keçdikdən sonra məhsulu təkrar qəbul etmək olar.
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
Buraxılış forması:
Urosanin kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020