Qisa Məlumat
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Pankreatin – 150 mq
Serratiopeptidaza – 60 mq
Amilaza – 30 mq
Papain – 20 mq
Bromelain – 20 mq
Pepsin – 10 mq
Tripsin – 10 mq
Ximotripsin – 2 mq
Əsl Əzvay (Aloe vera) yarpağının quru ekstraktı – 20 mq
Əməköməci (Malva sylvestris) otunun quru ekstraktı – 20 mq
İstiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 20 mq
Köməkçi maddələr:
Mikrokristallik selüloza, Qarğıdalı nişastası, Maqnezium stearat, Silisium dioksid, Təbii jelatin
(kapsulların örtüyünü hazırlamaq üçün).
Məhsul haqqında məlumat:
Məhsul haqqında məlumat:
Naşenzim - həzm prosesini yaxşılaşdırmaq, mədə-bağırsağın fəalliyətini normallaşdırmaq üçün
tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Naşenzim yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
Böyüklər: 1 kapsul gündə 1-2 dəfə
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
Buraxılış forması:
Naşenzim kapsullar № 10 olmaqla 3 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.