Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Symbiotic+</i><i style="font-style:normal;color:red;"> (Probiotik)</i>

Symbiotic+ (Probiotik)

(1415 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    SYMBİOTİC+
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Lactobacillus rhamnosus GG – (6×10(9) KƏV)
    Saccharomyces boulardii – (2,5×10(9) KƏV)
    *KƏV – Koloniya Əmələgətirən Vahid
    İnulin – 50 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Laktoza (Lactosum), Maqnezium stearat (Magnesii stearas), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
    Məhsul haqqında məlumat:
    Symbiotic+ bağırsağın mikroflorasını yaxşılaşdırmaq üçün istifadə olunan BFMQƏ - dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 1 kapsul gündə 1 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Symbiotic+
    kapsullar № 10 olmaqla 2 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC. Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    Sifarişçi: Bəyaz Flora MMC, 1016, Aladar u 3-7, Budapeşt, Macarıstan.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video