Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Painot</i><i style="font-style:normal;color:red;">(Qulaq damcısı)</i>

Painot(Qulaq damcısı)

(65 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Painot 18 ml
    (Gigiyenik vasitənin istifadəsi üzrə təlimat)
    Tərkibi (1 ml üçün):
    Təsiredici maddələr:
    Sarımsaq soğanağının ekstraktı – 1 mq
    Soğan soğanağının ekstraktı – 1 mq
    Mixək qönçəsinin ekstraktı – 1 mq
    Qarazirə toxumunun ekstraktı – 1 mq
    Gülümbahar çiçəyinin ekstraktı – 1mq
    Sığırquyruğu çiçəyinin ekstraktı – 1 mq
    Çobanyastığı çiçəyinin ekstraktı – 1 mq
    Lavanda çiçəyinin ekstraktı – 1 mq
    Dazıotu otunun ekstraktı – 1 mq
    Tokoferol asetat – 10 mq
    Köməkçi maddələr:
    Qliserin, etil spirti 96%, propilen qlikol, natrium sitrat, natrium tiosulfat, təmizlənmiş su.
    Məhsul haqqında məlumat:
    Painot - qulaq seyvanına qulluq üçün gigiyenik vasitədir.
    İstifadə qaydası və dozası:
    Məhsulun 1 ml-də 20 damcı mövcuddur.
    1.5-4 yaş uşaqlar: 2-3 damcı gündə 2-3 dəfə.
    4-14 yaş uşaqlar: 3-4 damcı gündə 3-4 dəfə.
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 4-5 damcı gündə 3-4 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Gigiyenik vasitədir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik, laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Buraxılış forması:
    Painot - 18 ml şüşə flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video