Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Kopdion</i><i style="font-style:normal;color:red;">(Həzm sistemi)</i>

Kopdion(Həzm sistemi)

(792 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Tərkibi: (1 ml üçün)
    Təsiredici maddələr:
    Simetikon – 20 mq
    Adi Razyana (Foeniculum vulgare) meyvəsinin quru ekstraktı – 35 mq
    Aptek Çobanyastığı (Chamomilla recutita) çiçəyinin quru ekstraktı – 15 mq
    Köməkçi maddələr:
    Saxaroza, Kalium sorbat, Qliserin, Limon turşusu, Təmizlənmiş su.
    Məhsul haqqında məlumat:
    Kopdion - Uşaqlarda mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün
    tövsiyə olunan qidanı bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    1 ml-də 20 damcı mövcuddur.
    4-7 yaş uşaqlar: 10 damcı gündə 2 dəfə.
    8-14 yaş uşaqlar: 15 damcı gündə 2 dəfə.
    14+ uşaqlar və böyüklər: 20 damcı gündə 2 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Şüşə flakonda, damcı formasında, 50 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video