Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Dkvita</i><i style="font-style:normal;color:red;">(D və K vitamini)</i>

Dkvita(D və K vitamini)

(1496 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Dkvita 15 ml
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat


    Tərkibi (15 ml üçün):
    Təsiredici maddələr:
    Vitamin D3 (Xolekalsiferol formasında) – 50 000 BV
    Vitamin K2 (Menoksinon formasında) – 360 mkq
    Köməkçi maddələr:
    Zeytun yağı, α-Tokoferol asetat (E 307).
    Məhsul haqqında məlumat:
    Dkvita - D3 və K2 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hiperkalsiuria və hipervitaminoz D, cari xroniki hiperkalseamiya olan xəstələrdə böyrək daşları (nefrolitiaz, nefrokalsinoz).
    İstifadə qaydası və dozası:
    Dkvita səhər yeməyi zamanı və ya yeməkdən sonra daxilə qəbul olunur.
    Məhsulun 1 ml-də 20 damcı mövcuddur.
    1.5-4 yaş uşaqlar: Gündə bir dəfə 2-3 damcı.
    4-14 yaş uşaqlar: Gündə bir dəfə 4-5 damcı.
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: Gündə bir dəfə 8-9 damcı.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik, laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Dkvita - daxilə qəbul üçün məhlul - damcı 15 ml şüşə flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video