Qisa Məlumat
BİOMASTİN
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi: (50 ml üçün)
Təsiredici maddələr:
Indol -3 – Karbinol – 7500 mq
Adi ərküdə (Vitex agnus castus) meyvəsinin cövhəri (40% - 1:10) – 10 ml
Adi moruq (Rubus idaeus) yarpağının cövhəri (40% - 1:10) – 6 ml
Ağ söyüd (Salix alba) qabığının cövhəri (40% - 1:10) – 6 ml
Adaçayı (Salvia officinalis) yarpağının cövhəri (40% - 1:10) – 6 ml
Meşə tütəkçəsi (Angelica sylvestris) otunun cövhəri (40% - 1:10) – 6 ml
Böyrəkotu (Orthosiphon stamineus) yarpağının cövhəri (40% - 1:10) – 6 ml
Kaliforniya laləsinin (Escholtzia Californica) çiçəyinin cövhəri (40% - 1:10) – 6 ml
Məhsul haqqında məlumat:
Biomastin - Qadın reproduktiv sisteminin və süd vəzilərinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
18 yaşına qədər qadınlar.
İstifadə qaydası və dozası:
18 yaşdan yuxarı qadınlar: 25 damcı gündə 2 dəfə daxilə qəbul etməlidir.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Biomastin daxilə qəbul üçün məhlul – damcı 50 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: “Bioland” MMC.
İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020