Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Mastoson</i><i style="font-style:normal;color:red;"> (Hemopatik)</i>

Mastoson (Hemopatik)

(1046 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    MASTOSON
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (50 ml üçün)
    Təsiredici maddələr:
    Adi ərküdə (Vitex agnus castus) meyvəsinin cövhəri (40% - 1:10) - 10 ml
    Adi aslanpəncəsi (Alchemilla vulgaris) otunun cövhəri (40% - 1:10) – 10 ml
    Pis iyli ilankölgəsi (Ferula foetida) kökünün cövhəri (40% - 1:10) – 10 ml
    Adi mayaotu (Humulus lupulus) otunun cövhəri (70% - 1:10) – 5 ml
    Adi qaraqınıq (Origanum vulgare) otunun cövhəri (40% - 1:10) – 5 ml
    Adi damotu (Leonurus cardiaca) otunun cövhəri (70% - 1:10) – 5 ml
    Laminariyanın ( Laminaria hiperborea) tallomlarının cövhəri (70% - 1:10) – 5 ml
    Məhsul haqqında məlumat:
    Mastoson - Qadın reproduktiv sisteminin və süd vəzilərinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    18 yaşdan yuxarı qadınlar: 25 damcı gündə 1-2 dəfə daxilə qəbul etməlidir.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Buraxılış forması:
    Mastoson daxilə qəbul üçün məhlul – damcı 50 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video