Qisa Məlumat
DENA
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi (15 ml üçün):
Təsiredici maddələr:
Vitamin D (Xolekalsiferol formasında) – 50 000 BV
Köməkçi maddələr:
Zeytun yağı, α-Tokoferol (E 307).
Məhsul haqqında məlumat:
Dena - D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan vasitədir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hiperkalsiuria və hipervitaminoz D, cari xroniki hiperkalseamiya olan xəstələrdə böyrək daşları (nefrolitiaz, nefrokalsinoz).
İstifadə qaydası və dozası:
Dena səhər yeməyi zamanı və ya yeməkdən sonra daxilə qəbul olunur.
Məhsulun 1 ml-də 30 damcı mövcuddur.
1,5-4 yaş uşaqlar: 2-3 damcı, gündə 1 dəfə.
4-14 yaş uşaqlar: 4-5 damcı, gündə 1 dəfə.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 8-9 damcı, gündə 1 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik, laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Dena - daxilə qəbul üçün məhlul - damcı 15 ml şüşə flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayon, Fatmayı kəndi.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020