Qisa Məlumat
BƏYAZ PROPOLİS
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi (25 ml üçün)
Təsiredici maddələr:
Vərəmum (Propolis) cövhəri 1:20 - 24 ml
Exenaseya (Echinacea purpurea) otunun cövhəri 1:10 - 1 ml
Köməkçi maddələr:
Etil spirti: 70%, Təmizlənmiş su (Purified water).
İstifadəsinə tövsiyələr:
Bəyaz Propolis – immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün vasitədir. Regenerasiyanı sürətləndirir, yaraların sağalmasını təmin edir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Bəyaz Propolis su, süd, çay ilə durulaşdırılaraq yeməkdən 1 saat əvvəl daxilə qəbul olunur.
Məhsulun 1 ml-də 20 damcı mövcuddur.
12-18 yaş uşaqlar: Gündə 1 dəfə 10 damcı.
Böyüklər: Gündə bir dəfə 20 damcı.
Qəbul müddəti 2-3 həftədir.
Məhsul xaricə və inqalyasiya məqsədilə istifadə oluna bilər.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
Buraxılış forması:
Bəyaz Propolis daxilə qəbul üçün məhlul – damcı 25 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020