Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Lebido</i><i style="font-style:normal;color:red;"> (Ereksiya üçün)</i>

Lebido (Ereksiya üçün)

(1511 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    LEBİDO
    Bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) istifadəsi üzrə təlimat

    Tərkibi (30 ml üçün):
    İri atpıtrağı (Arctium lappa) kökünün cövhəri 1:10 - 5 ml
    Adi jenşen (Panax ginseng) kökünün cövhəri 1:20 - 10 ml
    Pisiyli ilankölgəsi (Ferula foetida) kökünün cövhəri 1:20 - 10 ml
    Aptek zəncəfili (Zingiber officinale) kökünün cövhəri 1:10 - 2,5 ml
    Darçın (Cinnamomum) qabığının cövhəri 1:10 - 2,5 ml
    Məhsul haqqında məlumat:
    LEBİDO – Cinsi fəaliyyəti stimullaşdırır, yorğunluğu aradan qaldırır. Lebido gənc, lakin beyni yorğun qadınlar, daha çox zehni əməklə məşğul olan işçilər üçün qadın cinsi hormonların ifrazını artıran təbii köməkçi vasitədir, erogen (həssas) hissələrdə həssaslığı artırır. Qadınlarda cinsi istəksizliyi aradan qaldırır, cinsi həvəsi artırır. Lebidonun qəbulu zamanı vaginal divarların daralması baş verir və əlaqə zamanı hislər daha qabarıq olur. Lebido, qadınlarda cinsi əlaqə müddətini uzadır, xoş orqazmı təmin edir. Lebido serotonin hormonunu artırır, afrodizyak təsir göstərir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    18 yaşdan yuxarı qadınlar: 20 damcı gündə 3 dəfə, su ilə durulaşdıraraq daxilə qəbul etməlidir.
    Tövsiyə edilən sutkalıq doza yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa heç bir əlavə təsir müşahidə olunmayır.
    Xəbərdarlıq:
    LEBİDO məhsulu xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    BFMQƏ normal qidalanmanı əvəz etmir!
    Xəstəlik, dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Buraxılış forması:
    LEBİDO – daxilə qəbul üçün məhlul - damcı 30 ml flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Saxlanma şəraiti:
    25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video