Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Bəyaz D</i><i style="font-style:normal;color:red;"> (D vitamini)</i>

Bəyaz D (D vitamini)

(2754 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    BƏYAZ - D
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi (15 ml üçün):
    Təsiredici maddələr:
    Vitamin D (Cholecalciferol formasında) – 50 000 BV
    Köməkçi maddələr:
    Zeytun yağı (Olive oil)
    Məhsul haqqında məlumat:
    Bəyaz D - D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan vasitədir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hiperkalsiuria və hipervitaminoz D, cari xroniki hiperkalseamiya olan xəstələrdə böyrək daşları (nefrolitiaz, nefrokalsinoz).
    İstifadə qaydası və dozası:
    Bəyaz - D, səhər yeməyi zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir. Məhsulun 1 ml-də 20 damcı mövcuddur.
    1,5-4 yaş uşaqlar: 2-3 damcı, gündə 1 dəfə
    4-14 yaş uşaqlar: 4-5 damcı, gündə 1 dəfə
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 6-7 damcı, gündə 1 dəfə
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik, laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Bəyaz - D - daxilə qəbul üçün məhlul - damcı 15 ml şüşə flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda, 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayon, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video