Cəmi: 0 AZN
<i style="font-style:normal;">BİOSSAVİT</i><i style="font-style:normal;color:red;">kapsul</i>

BİOSSAVİTkapsul

(2 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat

    Tərkibi: (1 kapsul üçün) Təsiredici maddələr:
    Vitamin A (Retionol palmitat formasında) – 1 mq Vitamin B1 (Tiamin hidroxlorid formasında) – 1,5 mq Vitamin B2 (Riboflavin formasında) – 1,8 mq Vitamin B3 (Nikotinamid) – 20 mq
    Vitamin B5 (Pantotenik turşusu) – 5 mq
    Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 2 mq Vitamin B9 (Fol turşusu) – 300 mkq
    Vitamin B12 (Sianokobolamin formasında) – 3 mkq Vitamin C (L - Askorbin turşusu formasında) – 70 mq Vitamin E (Tokoferol asetat formasında) – 15 mq Vitamin D (Xolekalsiferol formasında) – 400 BV Vitamin K2 (Menoksinon formasında) – 120 mkq Vitamin H (Biotin) – 50 mkq
    Yod (Kalium yodat formasında) – 150 mkq Dəmir (Dəmir 2+ sulfat formasında) – 18 mq
    Maqnezium ( Maqnezium hidroksid fromasında) – 15 mq Kalium (Kalium sitrat formasında) – 20 mq
    Sink (Sink sulfat formasında) – 12 mq
    Selen (Natrium selenit formasında) – 55 mkq Mis (Mis qlukonat formasında) – 1 mq
    Molibden (Natrium molibdinat formasında – 70 mkq Manqan (Manqan sulfat formasında) – 2 mq
    Monokalsium fosfat – 76 mq (20 mq elementar Fosfora, 13 mq elementar Kalsiuma ekvivalentdir).
    Köməkçi maddələr:
    Mikrokristallik selüloza, Maqnezium stearat, Silisium dioksid, Təbii jelatin (kapsulların örtüyünü hazırlamaq üçün)
    Məhsul haqqında məlumat:
    Biossavit - B qrup, C, E, D və digər vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan qidanı bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. İstifadə qaydası və dozası: Biossavit yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir. 12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 1 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz! Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Biossavit kapsullar № 10 olmaqla 3 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.

    Şərhlər
    Video