Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Farvil</i><i style="font-style:normal;color:red;"> (Qaraciyər)</i>

Farvil (Qaraciyər)

(439 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat

    FARVİL
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Soya (Glycine max) meyvəsindən alınmış fosfolipidlər – 150 mq
    Adi Alaqanqal (Silybum marianum) toxumunun quru ekstraktı - 80 mq
    Əkilən Ənginar (Cynara scolymus) yarpağının quru ekstraktı – 70 mq
    Solmazçiçəyi (Helichrysum arenarium) çiçəklərinin quru ekstraktı – 40 mq
    Adi Boymadərən (Achillea millefolium) otunun quru ekstraktı - 40 mq
    İstiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı - 20 mq
    Köməkçi maddələr:
    Mikrokristallik selüloza, Qarğıdalı nişastası, Maqnezium stearat, Silisium dioksid, Təbii jelatin (kapsulların örtüyünü hazırlamaq üçün)
    İstifadəsinə tövsiyələr:
    Farvil - qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Farvil yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
    Böyüklər: 1 kapsul gündə 1 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Buraxılış forması:
    Farvil kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video