Qisa Məlumat
Tərkibi: (1 yaşıl kapsul üçün)
Təsiredici maddələr:
Maqnezium (Maqnezium oksid formasında) – 40 mq
Dərman Pişikotu (Valeriana officinalis) kökünün quru ekstraktı – 50 mq
İnkarnat qonaqotu (Passiflora incarnata) yarpağının quru ekstraktı – 50 mq
Qriffoniya (Griffonia simplicifolia) toxumunun quru ekstraktı – 50 mq
Əkin qarabaşağı (Fagopyrum esculentum) toxumunun quru ekstraktı – 50
Yemişan (Crataegus monogina) meyvəsinin quru ekstraktı – 50 mq
Köməkçi maddələr:
Qarğıdalı nişastası daşıyıcısı, Mikrokristallik selüloza, Bərk jelatin kapsul, Yapışma əleyhinə agent maqnezium stearat.
Əks göstərişlər:
Məhsulunun hər hansı komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
Böyüklər: 1 kapsul “gündüz” (sarı rəngdə) səhər, 1 kapsul “gecə” (yaşıl rəngdə) axşam.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
BAQM normal qidalanmanı əvəz etmir.
Dərman vasitəsi deyildir.Bioloji aktiv qida məhsuludur.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub.
Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda,
quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.