Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Fishmall</i><i style="font-style:normal;color:red;"> (Balıq yağı)</i>

Fishmall (Balıq yağı)

(620 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    FİSHMALL
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Omega 3 turşuları ilə zəngin Balıq yağı – 1000 mq
    O cümlədən tərkibində:
    Eykozapentayen turşusu - EPT – 180 mq
    Dokozaheksayen turşusu – DHT – 120 mq
    Köməkçi maddələr:
    Yumşaq kapsulun tərkibi:
    Jelatin, Qliserin, Təmizlənmiş su.
    Məhsul haqqında məlumat:
    Fishmall - Ürək-damar və həzm sistemlərini, beyin qan dövranını və mərkəzi sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq üçün istifadə olunur, immun sistemini gücləndirir. İştahsızlıq və zəif qidalanma kimi hallarda köməkçi vasitə kimi istifadə olunur.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    4-14 yaş uşaqlar: 1 kapsul gündə 1-2 dəfə.
    14+ uşaqlar və böyüklər: 1 kapsul gündə 4-5 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
    hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Fishmall yumşaq kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC. Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    Sifarişçi: Bəyaz Flora MMC, 1016, Aladar u 3-7, Budapeşt, Macarıstan.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020
    Şərhlər
    Video