Qisa Məlumat
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Birə bağayarpağı (Plantago psyllum) toxumunun quru ekstraktı – 30 mq
Əsl əzvay (Aloe vera) yarpağının quru ekstraktı – 30 mq
Adi gavalı (Prunus domestica) meyvəsinin quru ekstraktı – 30 mq
Ərik (Prunus armeniaca) meyvəsinin quru ekstraktı – 30 mq
Adi kətan (Linum usitatissimum) toxumunun quru ekstraktı – 30 mq
Adi razyana (Foeniculum vulgare) meyvəsinin quru ekstraktı – 30 mq
İşlədici murdarça (Rhamnus cathartica) qabığının quru ekstraktı – 20 mq
Fruktooliqosaxaridlər – 40 mq
İnulin – 40 mq
Maqnezium sulfat– 100 mq
Köməkçi maddələr:
Mikrokristallik selüloza, Qarğıdalı nişastası, Laktoza, Sorbitol, Maqnezium stearat, Silisium dioksid, Təbii jelatin (kapsulların örtüyünü hazırlamaq üçün)
İstifadəsinə tövsiyələr:
Aşağıda qeyd olunan hallarda qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün istifadə oluna bilər:
-Qəbizlik zamanı köməkçi vasitə kimi;
-Artıq çəki zamanı arıqlamaq üçün köməkçi vasitə kimi;
-Müxtəlif qidalanma qüsurları (yağlı qida qəbulu, çoxlu miqdarda qida qəbulu), az hərəkətli həyat tərzi zamanı maddələr mübadiləsini yaxşılaşdırmaq üçün;
Əks göstərişlər: Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə
qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Laksat gecə yatmazdan əvvəl bol su ilə daxilə qəbul olunur.
Böyüklər: 1-2 kapsul gündə 1 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Laksat kapsullar kapsullar № 10 olmaqla 2 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: Nəm və işıqdan qorumaqla 25°C-dən aşağı temperaturda saxlanılır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.