Qisa Məlumat
LOMİNAT
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Laminariyanın (Laminaria hiperborea) tallomlarının tozu – 450 mq
Köməkçi maddələr:
Mikrokristallik selüloza (Microcrystalline cellulose), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
Məhsul haqqında məlumat:
Lominat - Laminariyanın tərkibində olan zəngin çeşiddə minerallarla, xüsusən də yod ilə qidanı zənginləşdirmək, maddələr mübadiləsini yaxşılaşdırmaq, radioaktiv maddələrin bədəndən xaric etməyini təmin etmək, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləmək, yaddaşı möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Lominat yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
Böyüklər: 1 kapsul gündə 2-3 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Qeyd: Məhsul 1-2 ay ərzində qəbul oluna bilər.
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Lominat kapsullar № 50 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020