Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Mag-X</i><i style="font-style:normal;color:red;"> (Sakitləşdirici)</i>

Mag-X (Sakitləşdirici)

(769 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    MAG-X
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Maqnezium (Maqnezium hidroksid formasında) – 160 mq
    Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 2,8 mq
    İkidilimli Ginkqo (Ginkgo biloba) yarpağının quru ekstraktı – 40 mq
    Köməkçi maddələr:
    Mikrokristallik selüloza (Microcrystalline cellulose), Qarğıdalı nişastası (Corn starch), Maqnezium stearat (Magnesii stearas), Silisium dioksid (Oxidum silicii), Təbii jelatin (Natural gelatin) (kapsulların örtüyünü hazırlamaq üçün).
    Məhsul haqqında məlumat:
    Mag-X - Mərkəzi sinir sisteminin, xüsüsən də beynin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qidani bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 1 kapsul gündə 1-2 dəfə daxilə qəbul etməlidir.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Mag-X kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020
    Şərhlər
    Video