Qisa Məlumat
Norfish № 30
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Omega 3 turşuları ilə zəngin Balıq yağı – 1000 mq
O cümlədən tərkibində:
Eykozapentayen turşusu - EPT – 180 mq
Dokozaheksayen turşusu – DHT – 120 mq
Köməkçi maddələr:
Yumşaq kapsulun tərkibi:
Jelatin, Qliserin, Təmizlənmiş su.
Məhsul haqqında məlumat:
Norfish - Ürək-damar və həzm sistemlərini, beyin qan dövranını və mərkəzi sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq üçün istifadə olunur, immun sistemini gücləndirir. İştahsızlıq və zəif qidalanma kimi hallarda köməkçi vasitə kimi istifadə olunur.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
4-14 yaş uşaqlar: 1 kapsul gündə 1-2 dəfə.
14+ uşaqlar və böyüklər: 1 kapsul gündə 4-5 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Norfish yumşaq kapsullar № 30 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.