Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Novomarin</i><i style="font-style:normal;color:red;"> (Balıq yağı)</i>

Novomarin (Balıq yağı)

(1348 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    NOVOMARİN
    Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Omega 3 turşuları ilə zəngin Balıq yağı – 500 mq
    O cümlədən tərkibində:
    Eykozapentayen turşusu – EPT – 90 mq
    Dokozaheksayen turşusu – DHT – 60 mq
    Köməkçi maddələr:
    Yumşaq kapsulun tərkibi:
    Jelatin, Qliserin, Təmizlənmiş su.
    İstifadəsinə tövsiyələr:
    Novomarin - ürək-damar və həzm sistemlərini, beyin qan dövranını və mərkəzi sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq üçün istifadə olunur, immun sistemini gücləndirir. İştahsızlıq və zəif qidalanma kimi hallarda köməkçi vasitə kimi istifadə olunur.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Novomarin yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
    Böyüklər: 1 kapsul gündə 1 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Novomarin kapsullar № 60 flakonda, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video