Qisa Məlumat
QLOSİN
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi:
10 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Əsl əzvay (Aloe vera) yarpağının şirəsi - 1 ml
Qara gəndəlaş (Sambucus nigra) meyvəsinin duru ekstraktı - 1 ml
Şirin biyan (Glycyrrhiza glabra) kökünün duru ekstraktı - 1 ml
İstiotlu nanə (Mentha piperita) yarpağının yağı - 6 mq
Adi cirə (Pimpinella anisum) meyvəsinin yağı - 6 mq
Ananas (Ananas comosus) meyvəsinin şirəsi - 1 ml
Əkilən ənginar (Cynara scolymus) yarpağının duru ekstraktı - 1 ml
Papaya (Carica papaya) meyvəsinin şirəsi - 1 ml
Pankeratin (Pancreatinum) - 50 mq
Amilaza (Amylase) - 20 mq
Köməkçi maddələr:
Sorbit (Sorbitolum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Qlosin - mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir (BFMQƏ). Qlosin ödün və mədə şirəsinin ifrazını normallaşdırır, həzmi yaxşılaşdırır.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər: 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik, laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında 250 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
25°C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 2 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz!
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
İstehsalçı: “Bəyaz Flora” MMC, Fatmayı kəndi, Abşeron rayonu, Azərbaycan.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020