Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Roksolit</i><i style="font-style:normal;color:red;"> (Uroseptik)</i>

Roksolit (Uroseptik)

(391 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat

    ROKSOLİT
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    D – Mannoza – 500 mq
    İt itburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 100 mq
    Çöl Qatırquyuğu (Eguisetum arvense) otunun quru ekstraktı – 50 mq
    Quş Qırxbuğumu (Polygonum aviculare) otunun quru ekstraktı – 50 mq
    Adi Qaraqınıq (Origanum vulgare) otunun quru ekstraktı – 50 mq
    Gülümbahar (Calendula officinalis) çiçəyinin quru ekstraktı – 50 mq
    İstiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı - 40 mq
    Köməkçi maddələr:
    Mikrokristallik selüloza, Qarğıdalı nişastası, Maqnezium stearat, Silisium dioksid, Təbii jelatin (kapsulların örtüyünü hazırlamaq üçün)
    Məhsul haqqında məlumat:
    Roksolit böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə olunan BFMQƏ - dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 1 kapsul gündə 1 dəfə.
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Roksolit kapsullar № 30 olmaqla 3 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video