Qisa Məlumat
Tərkibi: (1 kapsul üçün)
Təsiredici maddələr:
Uridin (Uridin 5 – monofosfat) – 100 mq
Sitidin (Sitidin 5 – monofosfat) – 100 mq
Vitamin B12 (Sianokobolamin formasında) – 2,5 mkq
Köməkçi maddələr:
Mikrokristallik selüloza, Qarğıdalı nişastası, Maqnezium stearat, Silisium
dioksid, Təbii jelatin (kapsulların örtüyünü hazırlamaq üçün)
Əks göstərişlər:
Bioloji aktiv qida məhsulunun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
Böyüklər: 1 kapsul gündə 1 dəfə.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
BAQM normal qidalanmanı əvəz etmir.
Dərman vasitəsi deyildir.Bioloji aktiv qida məhsuludur.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə
məsləhətləşin.
Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub.
Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru,
günəş şüası düşməyən yerdə saxlanılmalıdır.