Cəmi: 0 AZN
<i style="font-style:normal;">VESTIMUN</i><i style="font-style:normal;color:red;">kapsul</i>

VESTIMUNkapsul

(2 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat

    Tərkibi: (1 kapsul üçün)
    Təsiredici maddələr:
    Beta - Qlukan (Beta - Glucan) – 100 mq
    Exinasea (Echinacea purpurea) otunun quru ekstraktı – 100 mq
    Vitamin A (Retionol palmitat formasında) – 1,5 mq
    Vitamin E (Tokoferol asetat formasında) – 50 mq
    Vitamin C (L – Askorbin turşusu formasında) –100 mq
    Selen (Natrium selenit formasında) – 70 mkq
    Sink (Sink sulfat formasında) – 12 mq
    Köməkçi maddələr:
    Mikrokristallik selüloza, Qarğıdalı nişastası, Maqnezium stearat,
    Silisium dioksid, Təbii jelatin (kapsulların örtüyünü hazırlamaq üçün)
    Məhsul haqqında məlumat:
    Vestimun - İmmun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Vestimun yeməkdən sonra bol miqdarda su ilə daxilə qəbul edilir.
    Böyüklər: 1 kapsul gündə 1 dəfə
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəalliğa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər
    hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Buraxılış forması:
    Vestimun kapsullar № 10 olmaqla 3 blister, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan
    istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Şərhlər
    Video