Qisa Məlumat
Tərkibi: (10 ml üçün)
Təsiredici maddələr:
L - asetilsistein – 100 mq
Böyük bağayarpağının (Plantago major) yarpağının duru ekstraktı – 2 ml
Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 2 ml
Əməköməci (Malva sylvestris) çiçək və yarpaqlarının duru ekstraktı – 1 ml
İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 1 ml
İstiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 1 ml
Köməkçi maddələr:
Saxaroza (Sucrose), Natrium benzoat (Sodium benzoate),Kalium sorbat (Potassium sorbate), Qliserin (Glycerol), Limon turşusu (Citric acid), Ksantan kitrəsi (Xanthan gum), Nanə şirəsinin qatı şirəsi (Mint juice soft concentrate), Təmizlənmiş su (Purified water).
Əks göstərişlər:
Bioloji aktiv qida məhsulunun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Yeməkdən 30 dəqiqə sonra sonra daxilə qəbul olunur.
4-7 yaş uşaqlar: 5 ml gündə 2-3 dəfə
8 -14 yaş uşaqlar: 10 ml gündə 2-3 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 2-3 dəfə
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
BAQM normal qidalanmanı əvəz etmir.
Dərman vasitəsi deyildir.Bioloji aktiv qida məhsuludur.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub.
Saxlanma şəraiti: Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.