Qisa Məlumat
VİTASANİN
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi:
10 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Vitamin A (Retionol palmitat formasında) – 266 BV
Vitamin B1 (Tiamin hidroxlorid formasında) – 1 mq
Vitamin B2 (Riboflavin formasında) – 1,6 mq
Vitamin B3 (Nikotinamid) – 2 mq
Vitamin B5 (Pantotenik turşusu) – 4 mq
Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 1 mq
Vitamin B12 (Sianokobolamin formasında) – 2 mkq
Fol turşusu (Folic acid) – 160 mkq
Vitamin C (L – Askorbin turşusu formasında) – 60 mq
Vitamin D (Xolekalsiferol formasında) – 400 BV
Vitamin E (Tokoferol asetat formasında) – 110 mkq
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Vitasanin - B qrup, C, D və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
1,5-4 yaş uşaqlar: 2,5 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
4-7 yaş uşaqlar: 5 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
8-14 yaş uşaqlar: 7,5 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında, 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020