Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Biossavit</i><i style="font-style:normal;color:red;"> (Vitamin kompleksi)</i>

Biossavit (Vitamin kompleksi)

(2377 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    BİOSSAVİT 100 ML
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (5 ml üçün)
    Təsiredici maddələr:
    Vitamin C (L - Askorbin turşusu formasında) – 75 mq
    Vitamin B1 (Tiamin hidroxlorid formasında) – 2,2 mq
    Vitamin B2 (Riboflavin formasında) – 2,5 mq
    Vitamin B3 (Nikotinamid) – 20 mq
    Vitamin B5 (Pantotenik turşusu) – 5 mq
    Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 2,5 mq
    Vitamin B12 (Sianokobolamin formasında) – 4 mkq
    Vitamin E (Tokoferol asetat formasında) – 50 mq
    Vitamin D (Xolekalsiferol formasında) – 400 BV
    Vitamin K2 (Menoksinon formasında) – 120 mkq
    Fol turşusu – 200 mkq
    Vitamin H (Biotin) – 60 mkq
    Fosfor (Monokalsium fosfat formasında) – 20 mq
    Yod (Kalium yodat formasında) – 100 mkq
    Kalsium (Monokalsium fosfat formasında) – 13 mq
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Biossavit - B qrup, C, E, D və digər vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan qidanı bioloji fəal maddələrlə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    1,5-4 yaş uşaqlar: 2,5 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
    4-7 yaş uşaqlar: 5 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
    8-14 yaş uşaqlar: 7,5 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 1 dəfə səhər yeməkdən sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: BİOS Pharma.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video