Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Finklof</i><i style="font-style:normal;color:red;"> (Öskürək əleyhinə)</i>

Finklof (Öskürək əleyhinə)

(1937 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    FİNKLOF
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 1 ml
    It itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 1 ml
    Əməköməci (Malva sylvestris) çiçək və yarpaqlarının duru ekstraktı – 0,5 ml
    Adi qaraqınıq (Origanum vulgare) yarpağının duru ekstraktı – 0,5 ml
    İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı – 0,5 ml
    Dərman gülxətmi (Althaea officinalis) kökünün duru ekstraktı – 0,5 ml
    Böyük bağayarpağının (Plantago major) yarpağının duru ekstraktı – 0,5 ml
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Moruq şirəsinin qatı konsentratı (Raspberry juice soft concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Finklof - Bəlğəmgətirici və bronx sekresiyasını artırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 10 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    8-14 yaş uşaqlar: 15 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
    həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
    əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə
    etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: BİOS Pharma.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video