Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Lespon</i><i style="font-style:normal;color:red;"> (Uroseptik)</i>

Lespon (Uroseptik)

(1769 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    LESPON
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Lespedeza (Lespedeza capitata) otunun duru ekstraktı – 1,0 ml
    Mərcanı (Vaccinium oxycoccus) meyvəsinin duru ekstraktı – 1,0 ml
    Sallaq tozağacı (Betula pendula) yarpağının duru ekstraktı – 0,5 ml
    Qarğıdalı (Zea mays) saçağının duru ekstraktı – 0,5 ml
    Çöl qatırquyruğu (Equisetum arvense) otunun duru ekstraktı – 0,5 ml
    Quş qırxbuğumu (Polygonum aviculare) otunun duru ekstraktı – 0,5 ml
    It itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 0,5 ml
    Adi boyaqotu (Rubia tinctorum) kökünün duru ekstraktı – 0,5 ml
    Yabanı cirəgülü (Pimpinella saxifraga) otunun duru ekstraktı – 0,5 ml
    Barmaqvarı çayır (Cynodon dactylon) kökünün duru ekstraktı – 0,5 ml
    İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı – 0,5 ml
    Kalium sitrat – 5 mq
    Natrium sitrat – 5 mq
    Köməkçi maddələr:
    Sorbit (Sorbitolum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Qatı portağal şirəsi (Orange juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Lespon - Sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 20 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 250 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video