Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Duodan</i><i style="font-style:normal;color:red;"> (Həzm sistemi)</i>

Duodan (Həzm sistemi)

(2873 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    DUODAN
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    20 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Əsl əzvay (Aloe vera) yarpağının şirəsi – 1 ml
    Papayya (Carica papaya) meyvəsinin şirəsi – 1 ml
    Ananas (Ananas comosus) meyvəsinin şirəsi – 1 ml
    Çaytikanı (Hippophae rhamnoides) meyvəsinin yağı – 1 ml
    Qara gəndəlaş (Sambucus nigra) meyvələrinin duru ekstraktı – 1 ml
    Tüksüz biyan (Glycyrrhiza glabra) kökünün duru ekstraktı – 1 ml
    İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı – 1 ml
    Adi cirə (Pimpinella anisum) meyvəsinin duru ekstraktı – 1 ml
    Bostan şüyüdü (Anethum graveolens) meyvəsinin duru ekstraktı – 1 ml
    Böyük bağayarpağının (Plantago major) yarpağının duru ekstraktı – 1 ml
    Əməköməci (Malva sylvestris) çiçək və yarpaqlarının duru ekstraktı – 1 ml
    Adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 1 ml
    Pankreatin – 40 mq
    Amilaza – 40 mq
    Köməkçi maddələr:
    Sorbit (Sorbitolum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Duodan - mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    Böyüklər: 20 ml gündə 2 dəfə yeməkdən 15 dəqiqə əvvəl;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 250 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video