Qisa Məlumat
FİNKOLES
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)
Tərkibi:
10 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Adi razyana (Foeniculum vulgare) meyvəsinin duru ekstraktı – 3,5 ml
Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 1,5 ml
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Finkoles - Uşaqlarda mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan qidani bioloji fəallığa malik qida əlavələri ilə zənginləşdirən BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
0-6 ay uşaqlar: 5 ml gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl;
6 ay-2 yaş uşaqlar: 10 ml gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl;
2 yaşdan yuxarı uşaqlar: 15 ml gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında, 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
www.beyazflora.az
TŞ AZ 2004978631.001-2020