Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">İmodan</i><i style="font-style:normal;color:red;"> (İshal əleyhinə)</i>

İmodan (İshal əleyhinə)

(1909 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    İMODAN
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    10 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 100 mq
    Qara qarağat (Ribes nigrum) yarpağının duru ekstraktı – 100 mq
    İkievli gicitkən (Urtica diotica) yarpağının duru ekstraktı – 50 mq
    İstiotlu nanə (Mentha piperita) yarpağının duru ekstraktı – 50 mq
    Köməkçi maddələr:
    Sorbit, Qatı zoğal şirəsi, Natrium benzoat, Kalium sorbat, Qliserin, Limon turşusu, Ksantan kitrəsi, Təmizlənmiş su.
    Məhsul haqqında məlumat:
    İmodan diareya zamanı qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 5 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    7-14 yaş uşaqlar: 5 ml gündə 4 dəfə yeməkdən 30 dəqiqə sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020
    Şərhlər
    Video