Qisa Məlumat
Tərkibi:
10 ml şərbətin tərkibinə daxildir:
Təsiredici maddələr:
Asetilsistein – 100 mq
Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 1 ml
Əməköməci (Malva sylvestris) çiçək və yarpaqlarının duru ekstraktı – 1 ml
İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 1 ml
Köməkçi maddələr:
Saxaroza, Natrium benzoat, Kalium sorbat, Qliserin, Limon turşusu, Ksantan kitrəsi, Moruq şirəsinin qatı konsentratı, Təmizlənmiş su.
Məhsul haqqında məlumat:
Bronzit - Bəlğəm ifrazını yüngülləşdirmək, tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
4 yaşına qədər uşaqlar.
İstifadə qaydası və dozası:
4-7 yaş uşaqlar: 10 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
8-14 yaş uşaqlar: 15 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra;
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
Buraxılış forması:
Şüşə flakonda, şərbət formasında 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların
əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə
etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.