Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Helmas</i><i style="font-style:normal;color:red;"> (Qurdqovucu)</i>

Helmas (Qurdqovucu)

(1089 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    HELMAS
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    100 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Dərman gülümbaharı (Calendula officinalis L.) çiçəklərinin duru ekstraktı - 7,5 ml
    Adi zirə (Carum carvi L.) meyvəsinin duru ekstraktı - 7,5 ml
    Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı - 10 ml
    Dərman gülxətmi (Althaea officinalis L.) kökünün duru ekstraktı - 10 ml
    Köməkçi maddələr:
    Saxaroza (Saccharosum), Natrium benzoat (Natrium benzoicum), Limon turşusu (Acidum citricum), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Helmas - uşaqlarda qurd invaziyalar zamanı qidanı bioloji fəal maddələr ilə zənginləşdirmək üçün tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir (BFMQƏ). Məhsulun tərkibində olan bitki mənşəli inqredientlər bir tərəfdən birbaşa parazitlərə məhvedici təsir göstərir, digər tərəfdən isə ödün və mədə şirəsinin ifrazını yaxşılaşdırır, bu da orqanizmdən parazitlərin və onların həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş məhsulların xaric olunması üçün çox əlverişli şərait yaradır.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-10 yaş uşaqlar : 15 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra;
    10-14 yaş uşaqlar: 15 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 100 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video