Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Kolibad</i><i style="font-style:normal;color:red;"> (Köp əleyhinə)</i>

Kolibad (Köp əleyhinə)

(1982 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    KOLİBAD
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi: (10 ml üçün)
    Təsiredici maddələr:
    Adi razyana (Foeniculum vulgare) meyvəsinin duru ekstraktı – 3,5 ml
    Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 1,5 ml
    Köməkçi maddələr:
    Sorbit (Sorbitolum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas), Qliserin (Glyserinum), Limon turşusu (Acidum citrucum), Ksantan kitrəsi (Xanthomonas campestris), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Kolibad - uşaqlarda köp zamanı qidanı bioloji fəal maddələr məqsədi ilə zənginləşdirmək üçün tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir (BFMQƏ). Məhsulun tərkibində olan bitki mənşəli inqredientlər bir tərəfdən birbaşa köpü aradan qaldırır, digər tərəfdən isə - ödün və mədə şirəsinin ifrazını normallaşdırır, həzmi yaxşılaşdırır.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    2 həftə-6 ay uşaqlar: 5 ml gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl;
    6 ay-2 yaş uşaqlar: 10 ml gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl;
    2 yaşdan yuxarı uşaqlar: 15 ml gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video