Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Laktaks</i><i style="font-style:normal;color:red;"> (Mədə, bağırsaq)</i>

Laktaks (Mədə, bağırsaq)

(437 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    LAKTAKS
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    150 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Laktuloza (Lactulose) – 50 qram
    Köməkçi maddələr:
    Sorbitol (Sorbitolum), Qatı ərik şirəsi (Concentrated apricot juice), Qatı gavalı şirəsi
    (Concentrated plum juice), Kalium sorbat (Kalii sorbas), Limon turşusu (Acidum citricum),
    Adi moruğun qatı şirəsi (Raspberry juice concentrate), Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Laktaks - Qəbizlik zamanı mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 10-15 ml gündə 1-2 dəfə yeməkdən əvvəl;
    8-14 yaş uşaqlar: 15-20 ml gündə 1-2 dəfə yeməkdən əvvəl;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20-25 ml gündə 2 dəfə yeməkdən əvvəl;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 150 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 3 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Bakı şəh., Abşeron ray., Fatmayı kəndi, Qara Qarayev küç. 145.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video