Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Leberart</i><i style="font-style:normal;color:red;"> (Qaraciyər)</i>

Leberart (Qaraciyər)

(853 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    LEBERART
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)

    Tərkibi:
    100 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 13 ml
    Dərman gülümbaharı (Calendula officinalis) çiçəklərinin duru ekstraktı – 3 ml
    İt itbunu (Rosa canina) meyvəsinin duru ekstraktı – 6 ml
    Məkkəgülü (Hibiscus sabdariffa) çiçəyinin duru ekstraktı – 13 ml
    Köməkçi maddələr:
    Sorbit (Sorbitolum), Natrium benzoat (Natrium benzoicum), Kalium sorbat (Kalii sorbas),
    Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Ksantan kitrəsi (Xanthomonas campestris),
    Təmizlənmiş su (Purified water).
    Məhsul haqqında məlumat:
    Leberart - qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün qidanı bioloji fəallığa malik qida maddələri ilə zənginləşdirən vasitədir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. 4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 5 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    7-14 yaş uşaqlar: 10 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir.
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında, 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Saxlanma şəraiti:
    Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
    Yararlılıq müddəti: 2 il.
    İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti: Reseptsiz.
    Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
    İstehsalçı: “Bəyaz Flora” MMC, Abşeron rayonu, Fatmayı kəndi.
    www.beyazflora.az
    TŞ AZ 2004978631.001-2020

    Şərhlər
    Video