Cəmi: 0 AZN
Cəmi: 0.00 AZN
<i style="font-style:normal;">Pelak</i><i style="font-style:normal;color:red;">(Probiotik)</i>

Pelak(Probiotik)

(260 Baxış)
0 AZN
  • Sifariş et
  • Qisa Məlumat
    Pelak 120 ml
    (Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat)


    Tərkibi:
    5 ml şərbətin tərkibinə daxildir:
    Təsiredici maddələr:
    Lactobacillus acidophilus – 5×107 KƏV
    Lactobacillus rhamnosus – 4×107 KƏV
    Lactobacillus bulgaricus – 1×108 KƏV
    Lactobacillus casei - 2,5×108 KƏV
    Bifidobacterium bifidum – 1×108 KƏV
    Bifidobacterium Lactis – 5×108 KƏV
    Saccharomyces boulardii – 2,5×108 KƏV
    *KƏV – Koloniya Əmələgətirən Vahid
    Fruktooliqosaxaridlər – 50 mq
    İnulin – 50 mq
    Vitamin B2 (Riboflavin formasında) – 1,4 mq
    Vitamin B6 (Piridoksin hidroxlorid formasında) – 1,4 mq
    Köməkçi maddələr:
    Saxaroza, Laktoza, alfa - Tokoferol asetat, Limon turşusu,
    L – askorbin turşusu, Kalium sorbat, Ksantan kitrəsi, Qatı moruq şirəsi,Təmizlənmiş su.
    Məhsul haqqında məlumat:
    Pelak - Bağırsağın mikroflorasını tənzimləmək, mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ-dir.
    Əks göstərişlər:
    Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
    4 yaşına qədər uşaqlar.
    İstifadə qaydası və dozası:
    4-7 yaş uşaqlar: 5 ml gündə 2 dəfə yeməkdən sonra;
    8-14 yaş uşaqlar: 7,5 ml gündə 2 dəfə yeməkdən sonra;
    14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 2 dəfə yeməkdən sonra;
    Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
    Əlavə təsirləri:
    Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
    Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
    Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
    Tövsiyə edilən sutkalıq dozanı aşmayın!
    Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda
    həkimlə məsləhətləşin!
    Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
    4-14 YAŞ UŞAQLAR ÜÇÜN UYĞUNDUR!
    Buraxılış forması:
    Şüşə flakonda, şərbət formasında 120 ml, içlik vərəqəsi ilə birgə karton qutuya yerləşdirilir.
    Şərhlər
    Video